Ürək şişlərinin əsas SİMPTOMLARI
03.09.2021 13:50
Ürək şişləri öz toxumasından və ya qapaqlarından meydana gələn və sürətlə inkişaf edən bir şişdir. Ürəyin ilkin şişləri arasında: miksoma, rabdomioma, fibroma, hemangioma, lipoma (piy şişi), teratoma (ürək kisti) var.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, ürəyin bədxassəli şişlərinə arkoma, limfoma və s. aiddir.
 
Yerləşməsindən, ölçüsündən, növündən asılı olaraq simptomlar fərlənir. Adətən aşağıdakılar müşahidə olunur:
 
- bədən hərarətinin artması
- zəiflik, tez yorulma
- oynaqlarda ağrılar
- barmaqların keyiməsi
- aritmiyalar (ürək ritminin pozulması)
- təngnəfəslik
- ayaqlarda ödemlər
- başgicəllənməsi
- özündən getmələr
 
Ürək şişləri cərrahi yolla müalicə olunur. Şişlər minimal invaziv yolla balaca kəsikdən cərrahi olaraq çıxarılır.
 
Cərrahi müdaxilələrə boşluqdaxili, miokard və ya perikard şişlərinin, perikard kistalarının xaric edilməsi, perikardektomiya aiddir. Radikal əməliyyat zamanı ürək şişləri qonşu toxumalarla birgə kəsilir, qüsur tikilir və ya plastika olunur. Əksər hallarda ürəyin xoşxassəli şişləri radikal şəkildə xaric oluna bilər. Bəzi pasiyentlərdə qapaqların plastika və protezlənəməsi tələb oluna bilər.
 
Ürəyin birincili bədxassəli şişlərinin xaric edilməsi az effektivdir. Belə vəziyyətlərdə adətən şiş hissəvi kəsilir (palliativ müdaxilə), sonra isə şüa və ya kimyaterapiya təyin olunur. Ürəyin ikincili şişlərində də palliativ müdaxilə icra edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev