Mədə və bağırsaqların fəaliyyətini normallaşdıran - ƏNCİR
03.09.2021 16:39

Əncirin tükənməz faydaları vardır. Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların fəaliyyətini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.

 

Onun sözlərinə görə, əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur. Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da, əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Quru əncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.


Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.


Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.

Əncirin faydaları

Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.

Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.

Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.

Əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir. Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.

Səhər quru ənciri zeytun yağının içinə atıb, günorta yeməkdən əvvəl yemək faydalıdır. Günorta yağın içinə atıb axşam yemək, axşam atdığınızı isə səhər yemək lazımdır. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.

Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev