Qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsi aşkar olunub - Fotolar
02.09.2021 12:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
 
Aztibb.az xəbər verir ki, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəs., Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
 
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
 
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır