Tanınmış neyrocərrah 52 yaşlı xəstəni 8 illik ağrılardan xilas edib - Fotolar
02.09.2021 13:53
Tanınmış neyrocərrah, ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadənin növbəti əməliyyatı kifayət qədər riskli idi. Aztibb.az xəbər verir ki, bu haqda danışam həkim deyib:
 
“Əməliyyata aldığımız xəstə 52 yaşlı qadındır. Bu əməliyyatın adı transnazal endoskopik hipofiz adenomasının xaric edilməsidir. Qadında hipofizin adenoması klinik radioloji müayinələr nəticəsində təsbit olunub. İndi isə bizim endoskopik transnazal üsulla, yəni burundan girməklə adenomanı xaric eləmək kimi bir məqsədimiz var. Əlbəttə ki, bu özünəməxsus riskləri olan əməliyyatdır.
 
Əməliyyatın davametmə müddəti hardasa 2-3 saatdır. Bu xəstəlik bütün yaş qruplarında, o cümlədən gənc insanlarda da yarana bilir. Sadəcə olaraq, bu xəstəyə gec diaqnoz qoyulub. Yəni, xəstə bizə gəlib çıxana qədər onun burunu və burun ətrafları bir qədər böyüyüb. Onu da bildirim ki, bu xəstə səkkiz il qabaq müxtəlif mütəxəssislər tərəfindən bir sıra müalicələr alıb, lakin faydası olmayıb. Nəhayət, biz xəstəni müayinə edərkən onda hipofizin adenomasını aşkarlamışıq və əməliyyat olunmasını təklif etmişik”.
 
Xəstənin gələcək sağlamlıq vəziyyətindən danışan həkim qeyd edib ki, o, əməliyyatdan sonra endokrinoloqun nəzarəti altında saxlanmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır