Erməni xəstəliyi olanlar bəzən yanlışlıqla apendisit diaqnozu ilə əməliyyat  edilirlər - Uzman-həkim
02.09.2021 11:16

Ailəvi Aralıq dənizi qızdırması, periodik xəstəlik, erməni və ya yəhudi xəstəliyi, eləcə də FMF adı ilə bilinən xəstəlik adətən 20 yaş altında başlayan, periodik olaraq bir neçə aydan bir qarın ağrısı, döş qəfəsində ağrı, qarın boşluğunda və ağciyərlərdə maye toplanması, yüksək qızdırma, oynaq ağrısı, dəridə qızarıqlıq ilə müşahidə olunur. Xəstələrin 50% dan çoxunda ailə üzvlərində də bənzər şikayətlər olur. FMF ölkəmizdə görülsə də xəstələr illər boyunca düzgün diaqnoz qoyulmamasından əziyyət çəkir, hətta yanlışlıqla apendisit diaqnozu ilə əməliyyat da oluna bilirlər.

Aztibb.az xəbər verir ki, bu barədə Daxili xəstəliklər üzrə uzman-həkim Ramin Cavadov sosial şəbəkədə məlumat verib. 

 

Həkim qeyd edib ki, xəstəliyin diaqnostikasında genetik analizlər, rutin qan analizləri yardımcı olsa da əsas olan anamnez ve klinik əlamətlərdir.

 

"Son FMF xəstəm 36 yaşında kişi olub. 13 yaşından şikayətləri başlayıb, apendisit diaqnozu ilə əməliyyat olunub, lakin sonralar ildə 4-5 dəfə ataklar təkrarlanmış olsa belə müxtəlif həkim baxışlarına baxmayaraq FMF diqanozu qoyan olmayıb".  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev