9 aydır nəfəs borusunda yad cisimlə yaşayan körpə RİSKLİ əməliyyat keçirib - Fotolar
02.09.2021 10:42
1,5 yaşlı körpə düz 9 aydır nəfəs borusunu tıxayan böyükölçülü yad cisimlə yaşayırdı. Körpəni bu vəziyyətə salan yad cisim idi.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Həkimin sözlərinə görə, valideynləri 9 ay öncə birdən-birə uşağın boğulmağa başladığını görüb. Anasının ilkin müdaxiləsindən sonra uşaq nəfəs almağa başlayıb. Həmin gündən etibarən qızdırma, öskürək, çəki və inkişafdan geriqalma başlayıb. Uşaq fərqli diaqnozlarla müalicə alsa da, vəziyyətində yaxşılaşma olmadığı üçün Mərkəzi Klinikaya müraciət ediblər:
 
"Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağı bu vəziyyətə salan, sağ ana bronxu tıxayıb davamlı öskürək, qızdırma və infeksiyaya səbəb olan yad cisimdir. Bronxoskopiya, yəni işıqlı alətlə nəfəs borusuna girilərək 9 ay ərzində nəfəs borusunda yaşayan yad cisim nəhayət ki çıxarılıb. Əməliyyat riskli olsa da, uğurla başa çatıb. Körpə 1 gün sonra rahat nəfəs alaraq evinə yola salınıb".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır