Alkoqollu və energetik içkilərin həddən ziyadə istifadəsi orqan çatışmazlığına səbəb olur - Mircəlal Kazımi
02.09.2021 09:29

Bütün dünyada orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı çoxdur. Bu, bir yandan inkişafla bağlıdır. Elm tərəqqi etdikcə insanların xəstəliklərinin ortayaçıxma, aşkarlanma ehtimalı daha yüksək olur. Dünyada, o cümlədən ölkəmizdə orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artım istiqamətindədir. Bunun qarşısının alınmasında acizik. Çünki insanların sayı artdıqca xəstələnmə ehtimalı da yüksəlir. Lakin səhiyyə və sağlamlıq mədəniyyəti deyilən bir anlayış var. Bu, o deməkdir ki, mütəmadi olaraq müayinələrdən keçmək, mütəxəssislərə müraciət etmək bu xəstəliyin qarşısını almağa kömək edə bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

 

M.Kazımi bildirib ki, aparılan araşdırmalara görə, coğrafi olaraq qərbimizdə yerləşən ölkələrdə insanların qaraciyər çatışmazlığından əziyyətçəkmə səbəbi alkoqola bağlıdırsa, şərqdə daha çox hepatitlərlə əlaqədardır. Burada təbii ki, qidaların da öz yeri var.

 

“Təəssüflər olsun ki, gənclər arasında alkoqollu və energetik içkilərin aşırı dərəcədə istifadəsi halları həddən ziyadə çoxdur. Bu da nəinki qaraciyərin, bütün orqanizmin iflasına səbəb olur və orqan çatışmazlığına gətirib çıxarır. Ölkəmizdə alkoqollu içkilər səbəbindən qaraciyər serozundan əziyyət çəkən xəstələrin sayı kifayət qədərdir. Burada qidalanma, həyat şəraiti başlıca amillər sırasındadır.

 

Genetik olaraq orqan çatışmazlığından əziyyət çəkən xəstələr də var. Müəyyən qaraciyər, böyrək, ürək çatışmazlığı xəstəlikləri var ki, bunlar genetik yolla keçən, yəni metabolik xəstəliklərdir. Qaraciyər köçürülən uşaq xəstələr var. Təəssüf ki, onların əksəriyyətinin valideynləri yaxın qohumlardır. Ailədə olan genetik xəstəliklərin qohum evlilikləri zamanı növbəti nəsilə ötürülməsi ehtimalı yüksəkdir. Ona görə də buna diqqət yetirilməsi vacibdir”, - deyə cərrah-transplantoloq bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev