Həkim-fitoterapevt: İybilmənin bərpası üçün fitoterapiya müalicəsi faydalıdır
02.09.2021 09:25

İybilmənin qismən və ya tamamilə itirilməsi müvafiq olaraq hiposmiya və anosmiya adlanır. Həmin xəstəliklər anadangəlmə və ya qazanılmış ola bilər. Hiposmiya və anosmiya tamamilə fərqli səbəblər nəticəsində yarana, müxtəlif orqan və toxumaların travmasının simptomları ola bilər. Ölkədə, eləcə də dünyada yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı da hiposmiya və anosmiyaya rast gəlinir. Yəni, bu, həmçinin COVID-19-un başlıca simptomlarındandır.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov iybilmənin qismən və ya tamamilə itməsi zamanı fitoterapiya müalicəsinin faydalarından danışıb.

 

Həkim bildirib ki, iybilmə güclü soyuqdəymə və müxtəlif virus infeksiyaları zamanı müvəqqəti itə bilər: “Bu, təbii haldır. Adətən iybilmənin itməsi müvəqqəti xarakter daşıyır. Bəzi xəstələr isə uzun illər iybilməni tamamilə itirirlər. Bu, daha çox allergik rinitdə burun balıqqulaqlarının şişməsi və iltihablaşması nəticəsində baş verir”.

 

F.Hüseynov hiposmiya və anosmiya xəstəliklərinin müalicəsində faydalı olan bir neçə fitoterapiya reseptini bölüşüb: “İybilmənin bərpası üçün burun dəliklərinə gündə 3 dəfə propolislə birlikdə 3-4 damcı ud hindi yağı və ya 2 damcı qarazirə yağı tökmək məsləhətdir. Bundan başqa, 1 çay qaşığı alma sirkəsinin 3 xörək qaşığı su ilə qarışımından sutkada 4-5 dəfə burun dəliklərinə 5-6 damcı tökmək faydalıdır. Hiposmiya və anosmiyanın müalicəsi zamanı ud hindi tozunun içilməsi allergiyanın qarşısını alır. Gün ərzində 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı ud hindi tozu ilə 1 stəkan su içmək faydalıdır. Bu qarışımdan 2 ay istifadə etmək mümkündür”.

 

Həkim-fitoterapevt iybilmənin bərpasında çörəkotu bitkisinin faydasından danışıb: “Bir çay qaşığı çörəkotu yarım stəkan sirkədə 5 dəqiqə qaynadılıb 1 gün sonra süzülməlidir. Daha sonra stəkan tam dolana qədər dəmləməyə qliserin əlavə olunmalıdır. İybilmənin bərpası üçün sutkada 3 dəfə 3 damcı burun dəliklərinə bu qarışığın tökülməsi məsləhətdir. Həmçinin bir stəkan suya 1 xörək qaşığı alma sirkəsi ilə 1 çay qaşığı balı qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək də faydalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev