Azərbaycanda nevrologiyanın qısa tarixi – İkinci yazı
02.09.2021 09:56

Respublikada nevrologiya sahəsində fəaliyyəti ümumiləşdirsək, onun sosial istiqamətini, bu sahədə elmi-pedaqoji fəaliyyəti, praktik həkim-nevroloqların hazırlanması və elmi tədqiqatların aktuallığı kimi vacib xüsusiyyətlərini qeyd etmək olar.

 

Aztibb.az Azərbaycanda nevrologiyanın qısa tarixi və bu sahədə xidmətləri olan görkəmli alimlərin həyat yolu və elmi fəaliyyətləri haqqında növbəti yazını təqdim edir.

 

Professor Şərif Mahalov ilk dəfə olaraq Hantinqton xoreyası və spino-serebellyar ataksiyası olan xəstələrin qohumlarını müayinədən keçirərək sübut edib ki, elektromioqrafiya və elektroneyromioqrafiyada alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır.

 

Professor Ş.Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi altında insultun yayılması, onun əsas risk faktorları, kliniki təzahürləri və strukturu, biokimyəvi dəyişikliklər, hemorragik transformasiya, insultdan sonrakı əlillik (Ələkbərova S.P., Bədəlova Ü.T., Musayeva A.Ə.) öyrənilib və bu sahədə dissertasiyalar  müdafiə olunub.

 

Keçən əsrin 90-cı illərində Azərbaycanda müharibə nəticəsində Qarabağ regionunda çoxlu sayda uzun müddət müalicə tələb olunan yaralılar və kontuziya almış əsgərlər var idi. Professor Ş.İ.Mahalovun rəhbərliyi altında Qarabağ müharibəsi iştirakçılarında “posttravmatik stress sindromu” aşkar edilir. Bu sindrom “Qarabağ sindromu” kimi səciyyələndirilir.

 

Bunula yanaşı, Ş.Mahalovun rəhbərliyi altında həm də müxtəlif növ hepatitlər zamanı sinir sistemində gedən dəyişikliklər haqqında elmi-tədqiqat işləri aparılır.

 

II Nevrologiya və  tibbi genetika kafedrasına 1991-ci ildən professor Zakir Məmməd oğlu Əliyev rəhbərlik edir. Z.M.Əliyev 1987-ci ildə Moskvada “Uşaqlarda qapalı kəllə-beyin travması sindromlarının dinamikası” adlı doktorluq dissertasiyasını müdafiə edib.

 

1990-2010-cu illərdə kafedranın əsas elmi-tədqiqat problemi “Perinatal patologiyanın müxtəlif aspektləri” olub. Həmin illərdə  3 dissertasiya müdafiə edilib. Kafedranın fəaliyyət göstərdiyi illər ərzində nevrologiyanın müxtəlif aspektlərinə həsr olunmuş bir sıra tədris-metodik vəsaitlər və  590-dan artıq məqalə və tezislər çap olunub.

 

 

Ş.İ.Mahalov 

 

Kafedranın  professoru  Z.M.Əliyev  və  dosentləri  M.M.Məmmədova,  R.N.Rzayev,  A.K.Məmmədbəyli,  N.N.Abasova müxtəlif  illərdə  uşaq  nevrologiyasının  fərqli aspektlərinə  aid  elmi  araşdırmalar  aparıblar  və  çoxsaylı  məqalələr  çap ediblər.

 

2011-ci ildə I və II Nevrologiya və tibbi genetika kafedraları birləşərək Nevrologiya kafedrası adlanmağa başladı və həmin ildən bu kafedraya professor Ş.Mahalov rəhbərlik edir.

 

Professor Ş.Mahalovun son elmi axtarışları  epilepsiya sahəsini əhatə edirdi. Azərbaycanda ilk dəfə olaraq epilepsiyanın əsaslı epidemiologiyası, ayrı-ayrı klinik formalarının xarakteristikası, qadınlarda epilepsiya, epilepsiyalı xəstələrin həyat tərzi və keyfiyyəti öyrənilib və onun  rəhbərliyi  ilə  dissertasiyalar  müdafiə olunub. Bununla  yanaşı, kafedrada  irsi sinir xəstəliklərinin (Hantinqton xəstəliyinin, spino-serebellyar ataksiyaların və Tomsen miotoniyasının) molekulyar-genetik aspektlərinin öyrənilməsi istiqamətində aparılan işlər uğurla davam etdirilib.

 

1948–ci ildə Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri və fizioterapiya kafedrası təşkil olunur.

 

Kafedranın əsas vəzifəsi ixtisaslı nevroloqlar hazırlamaq, həmçinin ixtisasından asılı olmayaraq praktiki təbabətin bütün sahələrində çalışan həkimlərin (terapevt, təcili yardım həkimlərinin, pediatr, psixiatr) nevroloji xəstəliklərin diaqnostikasına, müalicəsinə dair məsələlər üzrə biliklərini təkmilləşdirməkdən ibarət olub. Kafedranın təşkilatçısı və 22 il müddətində rəhbəri dosent A.B.Mustafaev olub. A.Mustafaev assistenti V.V.Argentov ilə birlikdə diplomdan sonrakı dövürdə həkimlərin təkmilləşdirməsi kurslarını təşkil ediblər.

 

1970-1990-cı illər ərzində kafedraya Azərbaycanın Əməkdar Həkimi, prof. Nazim Zəbi oğlu Mollazadə rəhbərlik edib.

 

1978-ci ildən fizioterapiya sinir xəstəlikləri kafedrasına birləşdirilib.

 

1990-1994-cü illər ərzində nevrologiya və fizioterapiya kafedrasına Tatyana Yuryevna Kurdyumova rəhbərlik edib. Onun elmi tədqiqatları baş beyin xəstəliklərinin klinik-genetik xüsusiyyətlərindən bəhs edirdi.

 

 

Z.M.Əliyev

 

Kafedrada MDB respublikalarından göndərilmiş həkimlər də diplomdan sonrakı tədris prosesi üzrə hazırlıq keçirdilər. 

 

1994-cü ildə kafedraya tibb elmləri doktoru, professor Şirəliyeva Rəna Kazım qızı rəhbərlik edir. R.K.Şirəliyeva 1995-ci ildə Rusiya Federasiyası Tibb Akademiyasının Nevrologiya ETİ-da “Dağınıq sklerozun diaqnostika və patogenetik mexanizmləri (klinik, kompüter-tomoqrafik, immunogenetik və immunoloji və biokimyəvi tədqiqat)” adlı doktorluq dissertasiyası müdafiə edib, 1985-ci ildən etibarən Rusiya və Azərbaycanda dağınıq sklerozun öyrənilməsinə həsr olunmuş elmi axtarışlarını davam etdirir.

 

R.K.Şirəliyeva Azərbaycan dilində nəşr olunmuş bir dərsliyin, tədris-metodik vəsaitlərinin, epinimik nevroloji lüğətin, "İynəbatırma terapiyasının nəzəri və praktik əsasları" adlı kitabın müəllifidir. Tədris prosesi ilə yanaşı, professor R.K.Şirəliyeva kafedranın elmi işlərinin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik edir. Xüsusi ilə yayılmış patologiyadan biri olan demiyelinizə edici xəstəliklərin müayinə və müalicə taktikası professor R.K.Şirəliyeva tərəfindən işlənib hazırlanıb.

 

Kafedranın əsas elmi istiqaməti baş ağrılarının epidemiolagiyası və sosio-ekonomik amillərin təsirinin öyrənilməsinə yönəlib. Kafedranın elmi tədqiqatlarından biri - baş ağrıların diaqnostikası, profilaktikası və müalicəsidir. Kafedranın əməkdaşları RKX–nın Nevrologiya şöbəsində xəstələrin müalicə işində bilavasitə iştirak edir, başqa şöbələrdə, həmçinin Bakı şəhərinin başqa müalicə idarələrində konsultasiya aparılır. Xəstəliklərin müasir təsnifata uyğun klinik kriterilər əsasında diaqnostikası və müvafiq müalicəsi tədbiq olunur. Həmçinin stasionarda təxirəsalınmaz nevroloji yardım istiqamətləndirilməsi və neyroreabilitasiya kimi müalicə metodları tətbiqi həyata keçirilir. 

 

R.K.Şirəliyeva

 

Kafedranın nevroloji xəstəliklərin diaqnozunu qoymaq üçün RKX–nın nevrologiya və diaqnostika şöbəsi bazasında KT, EEQ, EEQ video monitorinq, Exo-EQ, UZDQ və ENMQ paraklinik müayinələr aparır. Xəstəliklərin müasir təsnifata uyğun klinik kriterilər əsasında diaqnostikası və müvafiq müalicəsi tədbiq olunur. Həmçinin stasionarda təxirəsalınmaz nevroloji yardım istiqamətləndirilməsi və neyroreabilitasiya kimi müalicə metodları tətbiqi həyata keçirilir.

 

Respublikada gənc nevroloqların hazırlanması əsas strategiyalarından biridir. Nevrologiya sahəsində təcrübənin artırılması məqsədilə onların Türkiyə, Serbiya, Xorvatiya, Norveç, Gürcüstan və s. ölkələrdə beynəlxalq konfranslarda, elmi simpoziumlarda fəal iştirakına və tətbiq olunan modern təcübənin ölkəyə gətirilməsinə nail olunub. İllər ərzində nevrologiyanın müxtəlif məsələlərinə dair çoxsaylı monoqrafiyalar, dərsliklər, toplular, doktorluq və namizədlik dissertasiyaları, həmçinin yüzlərlə elmi əsərlər nəşr olunub.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub