Koronavirusun ilkin mərhələsində bu dərmanların istifadəsi ölümə səbəb ola bilər - Rəşad Mahmudov
01.09.2021 17:05

Koronavirusun ilkin mərhələsində bəzi dərmanların və antibiotiklərin istifadəsi ölümə səbəb ola bilər.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, insanların təşviş və qorxu içərisində koronavirusa yaxalandıqları dəqiqədən etibarən ətrafdan tibbi yardım istəyərək tibb bacıları, bəzən həkimlər tərəfindən ilk gündən evlərdə başlayan, klinik protokollarda olmayan antibiotiklər, xüsusən Deksametazon, metipred və Prednol-L kimi hormonal dərmanlarla müalicəsi yolverilməzdir:

 

“Reanimasiyalarda istifadə olunan və ikincili infeksiyalara uyğun şəkildə tətbiq olunan bu dərman və antibiotiklərin erkən dövrdə evlərdə istifadə edilməsi keçici bir müddət yaxşılaşma hissi verdikdən sonra xəstəliyin 5-ci, 6-cı günlərində sürətli ağırlaşma ilə birlikdə nəzarətdən çıxan və bəzən müalicəsi mümkün olmayan bir problemə çevrilməsinə səbəb ola bilər.

 

Eləcə də antibiotiklərin erkən mərhələdə istifadəsi virusla mübarizədə bədənin immun sisteminin formalaşmasına ciddi zərbə vuraraq super-infeksiyaların əmələ gəlməsinə, xüsusilə antibiotiklərə müqavimətli, çox təhlükəli, bəzən müalicəsi mümkün olmayan və koronavirusdan daha çox ölümlərin səbəbi olan bakteriyaların yaranmasına gətirib çıxara bilər.

 

Evlərdə xəstəliyin ilk günlərində təşviş içərisində qeyd olunan dərmanların və antibiotiklərin bədənə vurulması tibbi nöqteyi-nəzərdən çox səhv bir addımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev