Koronavirusa yoluxanlar duş qəbul edə bilərmi? - Mütəxəssis açıqladı
01.09.2021 17:04

Koronavirusa yoluxan xəstələrin duş almasında heç bir problem yoxdur.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.

 

O, bildirib ki, bu məsələdə cəmiyyət arasında yanlış fikir formalaşıb: "Xəstə var ki, karantin müddəti bitənə qədər duş almır. Natəmizlik digər ciddi problemlərə səbəb ola bilər. COVID xəstələri mütəmadi olaraq duş ala bilərlər. Sadəcə, duş aldıqdan sonra mümkün qədər soyuqdan qorunmaq lazımdır. Yəni, xəstə duş aldıqdan sonra kondisioner altında oturursa, eyvana çıxırsa, bu, əlbəttə ki, xəstə üçün əlavə problem yarada bilər. Amma ümumilikdə heç bir problem yoxdur. Bəzən həmkarlarımız xəstəyə yaxşı qidalanmaları barədə tövsiyə verirlər. Amma yaxşı qidalanmaq, çox qidalanmaq, hər şeyi yemək deyil. Yaxşı qidalanmaq əslində balanslı qidalanmaqdır. Digər tərəfdən, qidalanma hər insan üçün xüsusi ola bilər. Məsələn, həkimlər çoxlu maye qəbul etməklə bağlı tövsiyə verirlər. Ola bilər ki, bəzi xəstələrə 3-5 litr maye qəbulu problem yaratmaz, amma kiməsə 1 litr maye böyük problem yaradar və vəziyyəti daha da ağırlaşa bilər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev