Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilir
01.09.2021 15:25

Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilib.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı, səhiyyə sistemlərinin uyğunlaşdırılmaq məqsədilə yol xəritəsi hazırlamaq üçün Türkiyədə bir sıra görüşlər keçirib.

 

Türkiyəyə səfəri çərçivəsində Ankara Universitetinin rektoru Necdet Ünüvar və Sağlamlıq Elmləri Universitetinin rektoru Cevdet Erdöllə görüşən TƏBİB sədri, tibb sahəsində kadrların hazırlanması üçün əməkdaşlığın inkişaf etdirilməsi imkanları mövzusunda müzakirələr aparıb.

 

Görüşdə Ankara Universitetinin və Sağlamlıq Elmləri Universitetinin filiallarının Azərbaycanda açılmasının təklif edilməsi ilə yanaşı, ölkə rəhbərlərinin uyğun görəcəyi halda qardaşlıq simvolu olaraq tibb sahəsi üzrə Azərbaycan-Türkiyə Universitetinin qurulmasının mümkünlüyünə dair fikirlər səsləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır