Karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb
01.09.2021 11:32

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını nəzərdə tutan tədbirlər görülür.

 

Aztibb.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” Qanunun yeni redaksiyada hazırlanması işləri aparılır. Həmçinin bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizmləri təkmilləşdirilir.

 

Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazasının, infrastrukturunun müasir tələblərə uyğun təchiz olunması bitki sağlamlığının təminatını, həmçinin ixrac potensialını genişləndirib. Belə ki, AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu laboratoriyaların sayı 5-ə çatdırılıb. Eyni zamanda respublikada ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır