Daha 16 Qazaxıstan vətəndaşı Bakıdan öz ölkələrinə yola salınıb
27.08.2020 16:13

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlər bağlandığı üçün ölkəmizdə qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 19 Azərbaycan, 1 Özbəkistan və 2 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

 

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Aztibb.az-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq, Bakı Limanında COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər və testin nəticələri bütün sərnişinlərdə neqativ çıxıb.

 

Xatırladaq ki, bu il may ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib. Bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 210 Qazaxıstan vətəndaşı və 133 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır