Prostat vəzin adenomasına 50 yaşdan yuxarı kişilərdə tez-tez rast gəlinir - Həkim-radioloq
31.08.2021 18:02

Prostat vəzin xoşxassəli hiperplaziyası (adenoma) kişilərdə  xüsusən 50 yaşdan yuxarı kişilərdə tez-tez rast gəlinən patologiyadır. Xoşxassəli olmasına baxmayaraq bu patologiya bir çox problemlərə və narahatlığa səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-radioloq Fatimə Tağıyeva məlumat verib. 

 

Həkimin sözlərinə görə, adenomanın ölçülərinin böyüməsi sidik kanalının sıxılmasına səbəb olur və bu, aşağıdakı simptomların yaranmasına gətirib çıxarır:

 

- Tez-tez sidik ifrazı;

- Gecə saatlarında sidik ifrazının artması. Bu da yuxuya mane olur;
- Sidik axının, təzyiqinin azalması, qırıq-qırıq sidik ifrazı;
- Sidik ifrazına istəkdən sonra dərhal sidiyin xaric edilməsi;
- Sidik kisəsinin tam boşalmaması hissi, sidik ifrazının 5-10 dəqiqə ara ilə təkrarlanması;
- Sidik ifrazı zamanı gücənmə;
- Sidik kisəsinin dolğunluğu zamanı, sidik saxlamada çətinlik.

 

Həkim qeyd edib ki, prostat vəzin xoşxassəli hiperplaziyası USM vasitəsilə asanlıqla müəyyən olunur. Müayinə zamanı prostat vəzin hüdudları, ölçüləri, həcmi və strukturu qiymətləndirilir. Adenoma varsa onun ölçüləri, lokalizasiyası, həmçinin sidik kisəsində qalıq sidiyin həcmi müəyyən edilir. Prostat vəzin USM-i üçün sidik kisəsi dolu olmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır