Uşaqlarda tərləmə - Qarşısını almaq üçün NƏ ETMƏLİ?
31.08.2021 17:39
Tərləmə orqanizmdəki istilik tarazlığını tənzimləmək, bədəndəki zərərli maddələri xaric etmək üçün lazım olan vəziyyətdir. Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər.
 
Aztibb.az-ın məlumatına görə, bunu tanınmış həkim-pediatr Altay Abdullaoğlu deyib. 
 
O, qeyd edib ki, irsi meyillilik, yüksək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və s. kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər. Onu da qeyd edək ki, körpələrin süd yeyərkən, yuxuda olarkən tərləməsi normal haldır.
 
Tərləmənin qarşısını almaq üçün:
 
1. Otaqda havanın temperaturunu və nəmliyini düzgün tənzimləmək, otağın havasını dəyişmək, termometr vasitəsilə temperatura nəzarət etmək olar. Otağın havası 24-26 dərəcə normaldır.
 
2. Uşaqları qalın geyindirməmək lazımdır. Onlar istiyə daha həssas olurlar. Ona görə temperatura uyğun, hava keçirən pambıq geyimlərə üstünlük verilməlidir.
 
3. Bol maye qəbul etmək. Ana südü qəbul edən körpələrə isə ana südü yetərlidir, çünki südün 75-80%-i sudan ibarətdir.
 
A.Abdullaoğlu əlavə edib ki, bütün bunlara rəğmən uşaqda hədsiz tərləmə şikayətləri yenə olarsa, həkim tərəfindən araşdırılması məsləhət olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev