Xərçəng xəstəliyi cavan insanlarda niyə daha sürətlə inkişaf edir? – Mütəxəssis rəyi
27.08.2020 16:09

Cərrah-onkoloq İvan Karasev insanın yaşının onkoloji xəstəliklərin inkişaf sürətinə təsiri barədə danışıb.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, onkoloq geniş yayılmış fikirlə razılaşır ki, yaşlılara nisbətən cavan insanlarda xərçəng daha sürətli inkişaf edir. Bu, orqanizmdə mübadilə proseslərinin sürətli olması ilə bağlıdır. Bundan başqa, yüksək hormonal status fonunda hormonlara qarşı həssas olan şişlər daha sürətli artır.

 

İ.Karasev buna hamiləlik fonunda gənc qadınlarda yumurtalıqların və ya süd vəzi xərçənginin bir neçə ay ərzində inkişaf etməsini nümunə gətirib. O, həmçinin xatırladıb ki, istənilən hormonal pozuntu və nasazlıqlar xəstəlik yaranmasına gətirib çıxara bilər. Həkimin sözlərinə görə, xərçəngin irsən keçən növü ümumi sayın 5-7 faizini təşkil edir.

 

Mütəxəssis xərçəngin erkən formalarının simptomu olmadığından insanları vaxtlı-vaxtında müayinələrdən keçməyə çağırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub