Ölkədə təxminən 290 min şəkərli diabet xəstəsi var
30.08.2021 16:59

Şəkərli diabet xəstələrinin qeydiyyatı 3 aydan bir yenilənir. Bu ilin iyununda aparılan sonuncu qeydiyyata əsasən, ölkədə təxminən 280 min şəkərli diabet xəstəsinin olduğu müəyyən edilib. İyul və avqust aylarının qeydiyyatı sentyabrda aparıldıqdan sonra dəqiq rəqəm məlum olacaq. Hazırda isə ölkədə təxminən 290 min şəkərli diabet xəstəsinin qeydiyyatda olduğunu deyə bilərik.

 

Bu fikirləri Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.

 

O bildirib ki, hətta qeyri-rəsmi rəqəmlərə əsasən, ölkədə 500 min şəkərli diabet xəstəsinin olduğunu da demək mümkündür: “Deməli, dünyada belə bir tibbi qayda var: qeydiyyatda olan şəkər xəstələrinin ümumi sayı qədər öz xəstəliyindən xəbərsiz olan şəkərli diabet xəstələri var”.

 

Baş ekdokrinoloq şəkərli diabet xəstələrinin ölüm səbəbləri barədə məlumat verib: “Ötən il qeydiyyatda olan şəkərli diabet xəstələrindən 3510 nəfər kişi və 4141 nəfər qadın müxtəlif səbəblərdən dünyasını dəyişib. Şəkərli diabet xəstələri arasında ölüm halı yanaşı olaraq ürək-damar xəstəliklərindən əziyyət çəkənlər arasında daha çox baş verir. Bundan başqa, beyində qansızma, onkoloji xəstəliklər və qanqrena da şəkərli diabet xəstələri arasında ölümə səbəb olan amillərdəndir. Onu da qeyd edim ki, xəstələnənlərin və şəkərli diabet xəstələri arasında dünyasını dəyişənlərin əksəriyyəti 51 yaşdan yuxarı olanlardır”.

 

B.S.Qənnadi, həmçinin ölkədə koronavirus əleyhinə aparılan vaksinasiyanın əhəmiyyətindən danışıb:

 

“Şəkərli diabet yeni növ koronavirus (COVID-19) infeksiyası üçün risk faktorudur. Yəni, şəkərli diabeti olanlar koronavirusa daha tez yoluxa və xəstəliyi daha ağır keçirirlər. COVID-19-la mübarizədə qalib gələ bilmək üçün vətəndaşların peyvənd vurdurmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, tarix boyu bir çox xəstəliklərin öhdəsindən peyvəndlərlə gəlmişik. Əsassız fikirlərə uymadan, tam stressiz şəkildə vaksinasiyada iştirak etmək lazımdır. Peyvəndləmə profilaktikadadır. Vaksin olunaraq özümüzü və yaxınlarımızı qorumalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır