Uşaqları koronavirusdan qorumaq üçün bütün gigiyena qaydalarına riayət edilməsi vacibdir - Həkim-pediatr
30.08.2021 11:51

Hazırda yeni növ koronavirusun (COVID-19) yenidoğulmuşlara və uşaqlara keçmə riski valideynləri çox narahat edir. Ona görə də tibbi maska, sosial məsafə və gigiyena qaydalarına riayət etməyin çox böyük əhəmiyyəti var.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nigar Mirzəyeva pandemiya dövründə uşaqları koronavirusdan qorumaq üçün bir sıra məsləhətlər verib: “Koronavirusdan qorunmaq üçün ən təsirli vasitələrdən biri tibbi maskalardan düzgün istifadədir. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF 12 yaş və bu yaşdan yuxarı uşaqların maska taxmasının vacibliyi, 6 və 11 yaş arası uşaqların olduqları yerə uyğun və daşıdıqları riskə görə maska taxması, 2-5 yaş arası uşaqlar taxa bilirsə, maska taxmanın əhəmiyyətli olduğu, 2 yaşdan aşağı uşaqlara isə maska taxmağın vacib olmadığı, onların insanların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq tutulmasının vacibliyi barədə məqalələr yayımlayır.

 

Pandemiya dövründə uşaqların psixoloji vəziyyətləri nəzərə alınaraq onların xoşuna gələcək nağıl və cizgi filmi qəhrəmanlarının şəkilləri olan maskalardan istifadə edilməsinə üstünlük vermək olar. Onlar bu maskaları üzərindəki təsvirlərə görə taxa bilərlər.

 

Uşaqlar hər zaman valideyni örnək hesab etdikləri üçün onların yanında maskadan şikayət etmək, maskanın narahatlığından danışmaq lazım deyil. Əksinə, maskanın nəinki özümüzü, hətta ətrafımızdakıları da qorumaq üçün ən təsirli vasitələrdən biri olduğunu izah etmək vacibdir”.

 

Təhlükəli xəstəlikdən qorunmaq üçün maska taxmaqla yanaşı, ondan düzgün istifadə də mühüm məsələdir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri, maskaya əlləri ilə tez-tez toxunduqları üçün yoluxma riski yüksək ola bilir. Ona görə də bu yaş qrupunda valideynlərin köməkliyi ilə maskanın düzgün çıxarılması vacibdir.

 

“Maska mütləq uşaqların yaşına uyğun ölçüdə olmalı, ağız və burun boşluğunu tamamilə tutmalıdır. Maskanı çıxartdıqda qulağa taxılan uclarından çıxarmaq vacibdir və eyni maskadan təkrar istifadə etmək olmaz. İstifadə olunmuş maska yerə atılmamalı, qapalı zibil qutularına tullanmalıdır. Yaxşı olar ki, pandemiya dövründə uşaqlar yalnız öz oyuncaqları ilə oynasınlar, qapalı məkanlara aparılmasınlar. Diqqət etmək lazımdır ki, uşaqlar başqa yerlərdə oynayarkən oyuncaqları ağızlarına vurmasınlar. Kistik fibrozis, onkoloji xəstəliyi olan, immun sistemi zəif olanlar digər uşaqlarla müqayisədə daha riskli sayılır və buna görə də onlara daha çox fikir vermək zəruridir.

 

Virusdan qorunmağın vacib vasitələrindən biri də əllərin təmizliyidir. 5 yaşdan yuxarı uşaqlara bunun əhəmiyyəti haqqında danışılmalı və tez-tez əllərin yuyulmasına diqqət edilməli, 5 yaşdan aşağı uşaqların isə valideynlərin iştirakı ilə mütləq əl təmizliyinə nəzarət edilməli, əllərin ağıza aparılmamsına xüsusi diqqət yetirilməlidir”, - deyə həkim-pediatr bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev