Ət bulyonları ciddi xəstəliklərin inkişafına səbəb olur - Həkim
30.08.2021 14:36

Həkim-diyetoloq Andrey Bobrovski  rasionda tez-tez ət bulyonları və şorbaların olmasının sağlamlığa mənfi təsirlərindən danışıb.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, Andrey Bobrovski qeyd edib ki, mal-qaranın, həmçinin quşların böyüməsi üçün hormonlar və antibiotiklər fəal istifadə olunur. Bu, onlarda çəkinin artımını aktivləşdirmək üçün tətbiq olunur.

 

Həkim-diyetoloq hesab edir ki, belə toyuqdan və ya mal ətindən hazırlanmış supların tez-tez istifadəsi sağlamlıq üçün zərərlidir.

 

A.Bobrovski bildirib ki, ət bulyonlarını "ikinci və ya üçüncü qaynatmadan sonra" istifadə etmək zərərli maddələri qəbul etmək riskini aşağı salır.

 

Həmçinin A.Bobrovski xəbərdarlıq edib ki, çox piyli ət bulyonları orqanizmə ziyan vura bilər: "Yağlı və piyli şorbalara və souslara meyl etmək ciddi xəstəliklərin inkişafına səbəb olur".

 

Həkimin sözlərinə görə, ateroskleroz, işemik xəstəlik, infarkt və insult doymuş yağ turşularının daimi istifadəsi ilə bağlıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev