Günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir - Həkim-kosmetoloq
30.08.2021 09:34

Yay aylarında insanlar arasında çox yayılan problemlərdən biri də yanıqlar və günəşdən yaranan ləkələrdir. Günəşdən düşən bu ləkələr insanların bir çoxlarında kompleks yaradır. Günəş şüasından yaranan ləkələrdən və yanıqlardan necə qorunmaq olar?

 

Mövzu ilə bağlı həkim-kosmetoloq İlahə Sadıqova deyib ki, ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır. Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri ən çox xanımları narahat edən problemdir. Ləkələr düzgün müayinə olunmalı və müalicə üsulları da buna uyğun seçilməlidir. Vəziyyətdən asılı olaraq krem və ya iynə müalicələri təyin olunur.

 

İ.Sadıqova bildirib ki, günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir. SPF, suyadavamlı, geniş spektrumlu günəşdən qoruyucu kremlərdən və ya spreylərdən istifadə etmək lazımdır. Bu kremlər evdən çıxmazdan 20 dəqiqə əvvəl çəkilməlidir. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etmək məsləhətdir. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmaq məsləhət deyil. Vaxtı keçmiş və ötən ildən qalan kremlərdən istifadə etmək dəri üçün zərərlidir. Günəş kremlərinin ömrü cəmi bir ildir və vaxtı keçdikdən sonra onun təsiri itir. Çox tərləyirsinizsə, suya dözümlü kremlərdən istifadə etmək məsləhətdir. Əgər üzdə artıq ləkə yaranıbsa, bu problemlə müasir kosmetoloji proseduralar vasitəsilə, o cümlədən plazmaliftinq, mezoterapiya, biorevitalizasiya və s. üsullarla mübarizə aparılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev