“Peyvənd ürək əzələsində iltihab riskini artırmır” - Nuran Abdullayev
28.08.2021 10:32

“Son zamanlar ən effektiv peyvəndlərin az faiz etibarı ilə yan təsirlərinin olması insanlar arasında müzakirə mövzusu olub və məhz bu, insanları vaksinasiya prosesində iştirakdan çəkindirirdi. Amma məlumdur ki, peyvəndlərin yan təsirləri ilə bağlı bir çox elmi tədqiqatlar aparılıb və bəzi narahatlıq doğuran suallara aydınlıq gətirilib”.

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, bu kimi elmi tədqiqatlardan biri də koronavirus əleyhinə mRNA peyvəndlərinin (Biontech/Pfizer, Moderna) ürəyin miokardında yarada biləcəyi iltihab prosesi ilə bağlıdır:

 

“Bu da vaksinin yan təsiri kimi insanları qorxudurdu. Artıq koronavirusa yoluxduqdan sonra ürəyin miokardında iltihab prosesi ilə peyvəndləmədən sonra ürəyin miokardında iltihab prosesinin müqayisəsi aparılıb və bununla bağlı elmi tədqiqat yekunlaşıb”. 

 

Azərbaycanlı alim bildirib ki, elmi tədqiqatda 16 yaşdan yuxarı təxminən 2 milyon insanın məlumatları incələnib və nəticəyə görə peyvənd olunmayan və koronavirusa yoluxan xəstələrin miokardında əmələ gələn iltihabi prosesin faiz göstəricisi peyvənd aldıqdan sonra yan təsir kimi əmələ gələ biləcək miokardın iltihabından çoxdur: 

 

“Bir daha vurğulayıram ki, bu da onu deməyə əsas verir ki, koronavirusa yoluxma ürək əzələsində yarana biləcək iltihab riskini daha artırır. Bu da peyvəndləmədən sonra əmələ gələ biləcək bu kimi riskdən çoxdur. Ona görə də bu, bu gün pandemiyanın yeni dalğası zamanı yüksək effektli peyvənddən qaçma səbəbi ola bilməz”.

 

N.Abdullayev qeyd edib ki, digər bir önəmli müqayisə 12-17 yaşlı uşaqlar arasında aparılıb. Belə ki, bu yaş qrupunda COVID-19 zamanı ürəyin miokardında iltihabı prosesin yaranma riski mRNA peyvəndi aldıqdan sonra yaranacaq miokardın iltihabı riskindən altı dəfə çoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev