Həkim-fitoterapevtdən köpün qarşısını almaq üçün 10 FAYDALI MƏSLƏHƏT
28.08.2021 10:44
Həkim-fitoterapevt Fizuli Hüseynov köpün təbii müalicəsinə dair faydalı məsləhətlər paylaşıb. 
 
Aztibb.az həmin məsləhətləri təqdim edir:
 
1. Yeməkdən əvvəl 2 xörək qaşığı boymadərən arağını (alkoqolu yoxdur) yarım stəkan suya qarışdırıb içə bilərsiniz.
 
2. 1 xörək qaşığı qaraqınıq, 1 xörək qaşığı razyana götürüb 3 stəkan suda 5 dəqiqə qaynadın. Süzüb, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
 
3. Yeməkdən sonra gəzmək köpü aradan qaldırır.
 
4. Gündə 1 saat asta-asta gəzənlərdə köp az olur və ya olmur.
 
5. Yeməkdən əvvəl 1 xörək qaşığı alma sirkəsini yarım stəkan suya qarışdırıb içəndə köp azalır.
 
6. Yeməkləri tərxun, turp, keşniş, cəfəri kimi göyərtilərlə yeyəndə köp azalır.
 
7. Yeməkləri bir-birinə qarışdıranda köp çoxalır.
 
8. Çox köpdən əziyyət çəkən insanlar gündə 2 dəfə qidalanmalıdır. Bu, köpü həddindən artıq azaldacaq.
 
9. Yeməklərə xardal, istiot, toz zəncəfil, pul bibər tozu qarışdırıb yeyəndə köp azalır.
 
10. Yeməyin ortasında çox su içmək köpə səbəb ola bilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev