"Evdə müalicə alan koronavirus xəstələrinə KT qadağan edilməlidir" - Həkim-reanimatoloq
28.08.2021 10:32
Yenə bəzi insanlar "birdən buzlaşma olar" deyə KT müayinəsinə gedirlər. Boş yerə özünüzü şüalandırmağa ehtiyac yoxdur. KT xərçəng əmələ gətirir. Evdə müalicə alan  koronavirus xəstələrinə KT müayinəsi etdirməyin heç bir mənası yoxdur. Bu, qadağan edilməlidir.
 
Aztibb.az xəbər verir ki, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, KT ondan ötrüdür ki, həyati təhlükəli nəsə var, başqa xəstəliklərə də oxşayır və bu müayinə olmadan həkim heç cür diaqnoz qoya bilmir, beləliklə, məcburən KT-yə göndərir.

Lakin test pozitivdirsə, temperatur varsa, diaqnoz aydındır. Ağciyərdə buzlaşmanın olub-olmadığını bilmək istəyirsinizsə, bəli, buzlaşma artıq mövcuddur. Çox az faiz olsa da, bütün temperaturlu xəstələrdə var. Cünki COVID-19 aşağı tənəffüs yollarının infeksiyasıdır. Ağciyərdə problem var ki temperatur var.
 
Hər kəs bilməlidir ki, 50%-ə qədər buzlu şüşə mənzərəsi olan xəstələr yüngül sayılır. Bundan yuxarı rəqəm də olsa, narahat olmağa dəyməz, çünki buzlu şüşə görüntüsü olan sahələr qazlar mübadiləsində iştirak edir və faizə görə müalicədə heç bir düzəliş, əlavələr aparılmır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev