Baş nefroloq: Azərbaycanda 3682 hemodializ xəstəsi var
27.08.2021 16:33

Azərbaycanda 3 min 682 hemodializ xəstəsi var. Hemodializ alan 15 yaşa qədər uşaqların sayı isə 6-dır. Xəstələrin 53 faizini kişilər, 46 faizini isə qadınlar təşkil edir. Təəssüf ki, bu gün ölkədəki hemodializ xəstələrinin orta yaş həddi 35-60 arasındadır, yəni xəstəlik vətəndaşların işlək və aktiv dövrünə təsadüf edir. Lakin son 10 ildə aparılan araşdırmalara əsasən, bu yaş həddi getdikcə artır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev məlumat verib.

 

O bildirib ki, Azərbaycanda hər 1 milyon vətəndaşın təxminən 250-450-si böyrək xəstəliyindən əziyyət çəkir: “Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar. Buna baxmayaraq, dünyada olduğu kimi, Azərbaycanda da həmin böyrək xəstələrinin təxminən 30-50 faizində xroniki böyrək çatışmazlığı yaranır. Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin qanında azot maddəsinin miqdarı artdığına görə hemodializ müalicəsinə ehtiyacını yaranır”.

 

F.Babayev xroniki böyrək çatışmazlığının yaranma səbəblərindən danışıb: “Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmasa belə, ildə heç olmazsa 2 dəfə yoxlanılmalıdır. Böyrək çatışmazlığının qarşısı ilk dövrlərdə alınmalıdır”.

 

Baş nefroluqun dediyinə görə, dünyada hemodializ xəstələri arasında illik ölüm 18-23 faizdir. Azərbaycanda isə bu göstərici 21 faizə yaxındır. İl ərzində təxminən 750-800 hemodializ xəstəsi vəfat edir. Bunlar uzun müddət dializ alan xəstələrdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır