Soyuqdəymə və qrip mövsümündən əvvəl immuniteti möhkəmləndirməyin ÜSULLARI
27.08.2021 13:22

Terapevt Arina Jeqalina soyuqdəymə xəstəlikləri və qrip mövsümündən əvvəl immuniteti möhkəmləndirməyin yollarından danışıb.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, həkim hər şeydən əvvəl, yuxu rejiminə və istirahətə riayət etmənin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, sağlam yuxunun və immunitetin keyfiyyəti arasında düz asılılıq mövcuddur.

 

"İnsan xroniki olaraq yatmırsa bu, immuniteti pisləşdirir və insanlar müxtəlif xəstəliklərə qarşı həssas olurlar", - deyə mütəxəssis bildirib.

 

Ekspert, həmçinin sağlam vərdişlər arasında müntəzəm idmanla məşğul olmağı və qidalanmanı tənzimləməyi məsləhət görüb. Belə ki, gündəlik rasionda ən az 400 q tərəvəz və meyvələrdən istifadə olunmalıdır, mülayim fiziki hərəkətlər isə gün ərzindən iki-üç saat təşkil etməlidir.

 

Arina Jeqalina xəbərdarlıq edib ki, həddindən artıq üşüməyə imkan verməmək də əhəmiyyətlidir.

 

"Əgər insanda, məsələn, D vitamini və ya dəmirin səviyyəsi azalıbsa bu zaman immunitet əziyyət çəkir. Bu halda vitaminlərin çatışmazlığını aradan qaldırmaq və uyğun preparatları qəbul etmək lazımdır", - həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev