Dializ zamanı nələr baş verə bilər? - Nefroloq AÇIQLADI
27.08.2021 13:09
Böyrək funksiyalarını tamamilə itirmiş insanlar üçün həyatı davam etmək yolu dializ və ya böyrək nəqlidir. Əlbəttə ki, dializə başlamaq həm fiziki, həm psixoloji olaraq insanlar üçün çətin bir dönəmdir. Xüsusilə də ilk seanslarda, dializ sıxıcı, müəyyən ağrılarla müşaiyət oluna bilər. Bu səbəbdən də, pasiyentlər dializə başlamazdan öncə həm yaxınları tərəfindən, həm profesional psixoloji dəstək almalıdırlar.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-nefroloq Barat Yusubov bildirib. 
 
Onun sözlərinə görə, dializ zamanı xəstə həkim və tibbi personal təqibində olur, ən kiçik bir ağırlaşma ehtimalı varsa, dərhal tibbi müdaxilə olunur.
 
B.Yusubov qeyd edib ki, dializ zamanı aşağıdakılar baş verə bilər: 
 
- Hipotenziya - qan təzyiqinin aşağı olması (20-30% hallarda);
- Tikanbatma və keyimə (5-20% hallarda);
- Ürəkbulanma, qusma (5-15% hallarda);
- Qaşınma (5% hallarda);
- Baş ağrısı (5% hallarda);
- Bel ağrısı (2-5% hallarda);
- Sinədə ağrı (2-5% hallarda);
- Titrəmə və qızdırma.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev