Azərbaycanlı həkimin məqaləsi nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc olunub
27.08.2021 11:27
Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi, həkim Namiq Novruzovun “Ekstrasellular histon H3 donor hepatektomiyasından sonra qaraciyər funksiyası bərpası üçün proqnostik qan markeri kimi” adlı elmi məqaləsi “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2021-ci ilin avqust nömrəsində ingilis dilində dərc olunub.
 
Aztibb.az xəbər verir ki, Namiq Novruzov məqalədə canlıdan qaraciyər köçürülməsi zamanı donorlarda izlənə biləcək funksional pozuntuların proqnozlaşdırılmasında histonların rolu barədə ətraflı məlumat verib. Qeyd edək ki, təqdim edilən elmi iş bu sahədə dünyada ilk araşdırma olduğu üçün böyük maraq doğurur. Məqalənin yazılmasında iştirak edən müəlliflərin qənaətinə görə canlı donorlarda qaraciyər funksional pozuntularının öncədən müəyyən edilməsində histonlar praktik əhəmiyyət daşıyır.
 
Qeyd etmək lazımdır ki, "Elsevier" nəhəng elmi nəşriyyat evlərindən sayılır və hər il dünyada nəşr olunan bütün jurnalların məqalələrinin dörddə bir hissəsini çap edir. 1880-ci ildə Niderlandın paytaxtı Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir.
 
Mərkəzi Gömrük Hospitalının əməkdaşının apardığı araşdırma dünya elmi dairələrində maraqla qarşılanmışdır. Spesifik mövzu olan qaraciyər transplantasiyası və geniş publikanı maraqlandıra biləcək donor nəticələri kimi aktual mövzunu əhatə edən məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır