4 qazinin səsləndirdiyi ittihamlar əsassızdır? - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
26.08.2021 19:35
Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbul mərkəzi qarşısına gələrək şikayət edən 4 qazinin səsləndirdiyi ittihamlar əsassız və qeyri-obyektivdir.
 
Aztibb.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu barədə məlumat yayıb. Həmin məlumatı təqdim edirik:
 
"Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi sahəsində aparılan işlərdə vacib prinsip bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi və əlillik dərəcələrinin həqiqətən buna haqqı çatan insanlara təyin edilməsidir.
 
Sosial şəbəkə səhifəsinə narazılığını bildirən həmin qazilərin əlilliyinin qiymətləndirilməsinə də bu prinsipdən yanaşılıb.
 
Orxan İmanova hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb. Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi kimi qeyd olunması üçün Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət edib və bu gün Hərbi Həkim Komissiyası bununla bağlı müvafiq şəhadətnaməni təqdim edib.
 
O, aidiyyəti qurumların müvafiq sənədləri əsasında əlilliyinin yenidən qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Lakin o əyani müayinədə iştirak etməkdən imtina edib. Orxan İmanova onun hərbi səbəblərlə əlaqədar əlilliyinin qiymətləndirilməsinin bu sahədə şəffaflığın təmin edilməsi üçün məhz əyani müayinədən sonra həyata keçiriləcəyi bildirilib.
 
Digər qazı Rafiq Məmmədov əlillik təyinatının gecikdirildiyini bildirsə də, əslində qaziyə aid göndərişin (Forma 88) və Şəhadətnamənin aidiyyəti qurumlar tərəfindən elə bu gün təqdim edildiyi müəyyən olunub. Agentlikdə ekspert-həkimlər tərəfindən əyani müayinə əsasında onun əlilliyinin qiymətləndirilməsi aparılıb. Müayinənin nəticələrinə əsasən əlillik təyinatı aparılmaqla yaxın iki gündə ona bu barədə rəsmi məlumat göndəriləcək. Bu barədə qazinin özünə də məlumat verilib.
 
Digər iki şəxsin əlilliyinin qiymətləndirilməsi ilə bağlı Agentliyə aidiyyəti sənədlər təqdim edilməyib. Həmin sənədlər (o cümlədən, göndəriş) təqdim edildiyi halda onların da əlilliyi qiymətləndiriləcək".
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır