Pediatr: "Bu preparatlar uşaqlarda virusla mubarizə zamanı kömək edən immunostimulyator vasitələrdir"
26.08.2021 12:50
Əvvəllər uşaqlar ildə 3-4 dəfə xəstələnərdi. Deyirdik normaldır. Yayda hər cür prosedur edirdik ki, qışda xəstələnməsinlər. İndi isə uşaqlar ayda 3-4 dəfə xəstələnməyə başlayıb. Hətta yay ayında da viruslar əl çəkmir. Artıq bu hal "tez-tez xəstələnən uşaqlar" anlayışını ortadan götürür. Çünki indi problem uşaqların immunitetində deyil, səngimək bilməyən virus infeksiyalarındadır.
Aztibb.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə bu barədə məlumat paylaşıb. O, bildirib ki, artıq sadəcə anaferon, erqoferon, viferon ilə də keçinmək olmur. Amma hər bir halda hərarətli günlərin əvvəlində antibiotikdən uzaq olmaq, göstəriş olmadıqca istifadə etməmək, hərarət salıcılardan da çalışdıqca az istifadə etməyə çalışmalıyıq:
"İndi qeyd edəcəyim preparatlar virusla mübarizədə kömək edən, təyin etdiyim immunostimulyator vasitələrdir. Eyni tərkibli inoseda və qroprinosin. Bu dərmanların tərkibində olan inozin pranobeks nədir? Virusa necə təsir edir? Bildiyimiz kimi, viruslara qarşı mübarizədə immun hüceyrələr aktiv olmalıdır. Əsasən də killer t-limfositlər, hansı ki birbaşa virusları məhv etməyə yönəlir. Bu preparatlar onların aktivliyini artırır. İgG anticisimlərin, qamma interferon, interleykinlərin yaranmasını sürətləndirir. Sağalma prosesi tezləşir, bakterial ağırlaşmaların qarşısı alınır. Təcrübəmdən görürəm ki, uşaqlara virusla mubarizədə kömək edir".
A.İsmayılzadə bu preparatların 1 yaşdan yuxarı uşaqlara təyin edildiyini vurğulayıb. Qeyd edib ki, hər bir halda həkim təyinatı lazımdır. Doza çəkiyə görə hesablanır. Tabletindən böyüklər də istifadə edə bilər.
Onun sözlərinə görə, uşaqlara viruslardan profilaktika məqsədilə sirop formasında günaşırı 28 gün ərzində gündə üç dəfə olmaqla çəkiyə görə verilir. Müalicə vaxtı isə çox da gec olmadan yəni virus infeksiyası başladıqda 7-10 gün ardıcıl verilməsi lazımdır. Uşaq 12 kq-dırsa, deməli, günə 12 ml, yəni gün ərzində hər dəfə 4 ml olmaqla üç dəfə verilməlidir. 7-8 yaşdan isə artıq tablet kimi qəbul edə bilərlər. Bir tablet üç dəfə yeməkdən sonra.
Pediatr uşaqlar üçün xüsusi əks göstərişin olmadığını, lakin yenə də həkim məsləhətinin vacib olduğunu söyləyib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

