Ölkədə səhiyyə sistemindəki problemlərin həlli üçün illərlə vaxt sərf olunacaq - Nuran Abdullayev
26.08.2021 10:00

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev ölkədə yoluxma halları pik həddə çatdıqca üzə çıxan ciddi problemlərdən bəhs edib. 

 

Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə, bu problemlərin əsasını xəstələrin çarəsiz qalaraq evdə özbaşına bütün dərmanları qəbul etmələri, xəstələrin həkimsiz qalması, daha doğrusu həkim və tibbi xidmət üçün edilən rəsmi müraciətlərin cavabsız və ya icrasız qalması və ölüm qorxusu təşkil edir.

 

"Qeyd etdiyim problemlərin sayını artırmaq da olar. Lakin məhz bu 3 bənd artıq kifayətdir ki, səhiyyə sisteminin bu gün dekompensə olduğunu, artıq bacarmadığını söyləyək. Bu günlərdəki yoluxma sayını da nəzərinizdə saxlayın. Bu qədər sayla ortada göstərilə bilməyən tibbi xidmət varsa, heç vaxt inkişaf etmiş və ya inkişaf etmək istəyən səhiyyədən danışmaq olmaz. Problemlərin üzə çıxma səbəbləri insanların səhiyyə sisteminə artıq etibarlarının qalmaması, daha doğrusu səhiyyə sisteminin öz etibarını itirməsidir. Bu problemin həllinə illər sərf olunacaq. Həllinə isə sabah başlamaq artıq gecdir, indi başlamaq lazımdır! Səhiyyə qurumları arasında ciddi koordinasiyasızlığın olması ciddi hazırlıqsızlıq deməkdir", - N.Abdullayev qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır