Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə may və iyun ayları ərzində 14 milyon manatdan çox vəsait ödənilib
26.08.2021 09:17

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin may və iyun ayları ərzində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 13,3 milyon manat, qeyri-tibb işçilərinə isə 1,4 milyon manat müddətli əlavə ödənilib.

 

Aztibb.az xəbər verir ki, agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə bu ilin may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 2 min 791,59 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdə işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

 

Könüllülərə aylıq 250 manat olmaq şərti ilə may və iyun ayları üzrə 10 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

 

Dövlət və özəl tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq agentlik iyun ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesini davam etdirir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2021-ci il tarixli 238 nömrəli Qərarına əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il sentyabrın 1-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır