MGH-nin Tibbi laboratoriyasının ISO standartı üzrə auditi müvəffəqiyyətlə başa çatıb
25.08.2021 16:20

Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə audit akkreditasiyası ikinci dəfə müvəffəqiyyətlə başa çatıb.


Aztibb.az xəbər verir ki, auditin nəticələrinə görə Mərkəzi Gömrük Hospitalı Tibbi laboratoriyasının ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib.

 

ISO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun olaraq təşkil edilməsi audit edilib.

Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl klinik-diaqnostik laboratoriyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda 24 saat rejimində klinik, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır