Uşaqlarda immun sistemini qaldırmaq üçün xüsusi dərman yoxdur - Səhiyyə Nazirliyi
25.08.2021 16:17

Uşaqlarda immun çatışmazlığını yalnız müayinə ilə müəyyən etmək olar.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

O, bildirib ki, uşaqlarda immun sistemini qaldırmaq üçün dərman yoxdur: "Burada bir az yanlış anlama var. Hansısa dərman istifadə etməkdənsə, vaxtında peyvəndləri vurdurmaq daha məqsədəuyğundur”.