Koronavirusun müalicəsi ilə məşğul olan gənc həkimlər üçün TÖVSİYƏLƏR
25.08.2021 15:28
Həkim-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə reanimasiyada çalışan, koronavirus xəstələrini müalicə edən gənc həkimlərə önəmli tövsiyələr verib.
Aztibb.az-ın xəbərinə görə, həkim deyib ki, uzun müddət CPAP (Continious Positive Airway Pressure) cihazı və ya sadə üz maskasında təngənəfəs vəziyyətdə qalmış xəstəni intubasiya etməyə qərar verdinizsə, bunları nəzərdə saxlayın:
1. İntubasiyanı aranızdakı ən təcrübəli reanimatoloqun etməsinə şərait yaradı. Bilin ki, uzun müddət CPAP-da qalmış koronavirus xəstəsinin səs telləri əsnək, ağız udlaq hissə tam ödemləşmiş və rəngini dəyişmiş olur. Boyunun arxa tərəfə hərəkəti də məhdudlaşır. Boyun arxa tərəfdən ödemləşməsinə CPAP xəstələrində çox rast gəlinir. Həm də bu qərara adətən ani gəlinir, xəstə yemək yemiş, su içmiş vəziyyətdə olur. Ona görə də requrqitasiya olacağı ehtimalını da nəzərə alın. COVID-19 ilə mübarizə aparmış reanimatoloqlar da bu halları təsdiqləyə bilər.
2. Nəzərə alın ki, belə xəstədə anesteziyaya giriş zamanı arterial təzyiq kəskin aşağı enə, hətta sıfra düşə bilər. Ona görə propofol cəmi 1 mg/kg tətbiq edin, ya da giriş üçün ketamin anestetikindən istifadə edin. Əvvəlcədən mezaton ya dofamin qatılmış mayeni venaya qoşub hazır saxlayın. Arterial təzyiq kəskin endikdən sonra tibb bacısı dofamin tapana, qoşana qədər iş işdən keçmiş ola bilər. Girişdə kəskin hipotenziya ilə qarşılaşmaq ehtimalınız 99%-in üzərindədir və oksigenizasiya ciddi pozulmuş xəstədə bu fatal nəticə ilə bitə bilər.
3. CPAP-da uzun müddət saxlanmış xəstəni intubasiya edərkən ditilin miorelaksantından uzaq durun. Onsuz da bütün ağır koronavirus xəstələrində böyrəklərdə disfunksiya olur, hiperkaliemiya fatal ürək aritmiyalarına səbəb ola bilər. Arduan isə qəti məsləhət deyil. Xəstənin toxqarına olduğunu düşünməlisiz. 4-5 dəqiqə ventilyasiya etməyin necə bir problem yarada biləcəyini unutmayın. Təəssüf ki, bir çox klinikalarda miorelaksant kimi yalnız arduanı tapmaq olur.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

