Böyrək biopsiyası kimlərə və necə tətbiq olunmalıdır? – Həkim-nefroloq
25.08.2021 13:19

Böyrək biopsiyası  böyrək xəstəliklərinin morfoloji diaqnozunu qoymaq və gələcək proqnozu təyin etmək üçün əhəmiyyətli bir müayinə metodudur.

 

Bu barədə həkim-nefroloq Zaur Əhmədov məlumat verib. Onun sözlərinə görə, sidiyində zülal və ya qan olanlar, ailədə irsi böyrək çatışmazlığından əziyyət çəkənlər, bundan əlavə, böyrək transplantasiyası olmuş xəstələrdə (ehtiyac olarsa) böyrək biopsiyası tətbiq olunur.

 

Z.Əhmədov biopsiyadan öncə xəstənin bəzi qan dəyərlərinə baxıldığını, bundan sonra onun qan qrupuna uyğun kütlənin (eritrositlər) saxlanıldığını deyib. Bildirib ki, sonra pasiyent ultrasəs müayinəsi altında radioloq tərəfindən biopsi olunur. Oradan alınan toxuma patoloji bölməyə göndərilir və sitoloji analiz edildikdən sonra morfoloji diaqnoz qoyulur.

 

Həkim onu da qeyd edib ki, xəstə biopsiyadan sonra bir sutka nəzarətdə saxlanılır: “İlk 4 saat ərzində 30 dəqiqədən bir xəstənin arterial təzyiqi, nəbzi yoxlanılır və yara yerinə baxılır. 4 saatın sonunda hemoqramma yoxlanılır. Əgər qan dəyərlərində dəyişiklik yoxdursa, xəstə nəzarətə alınır. Və 24 saat bitdikdən sonra 2 həftə aktiv hərəkət və idmandan uzaq durmaq şərtilə evə buraxılır”.

 

Nefroloq onu əlavə edib ki, böyrək biopsiyasını sürətli proqressivləşən böyrək xəstəlikləri zamanı gecikdirmədən  etmək vacibdir.  Çünki zaman keçdikcə, xroniki böyrək çatışmazlığı yarana bilər. Bu halda  biopsiya etdikdə belə sonrakı müalicələr fayda vermir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev