Alma sirkəsi niyə sağlamlıq üçün faydalıdır? - Ekspert AÇIQLADI
26.08.2021 15:05

Alma sirkəsi arıqlamaqdan qanda şəkərin səviyyəsinin sabitləşməsinə qədər bir çox sağlamlıq probleminin həllində kömək edə bilər.

 

Aztibb.az medikforum.ru saytına istinadən xəbər verir ki, diyetoloq Karl Conston alma sirkəsinin sağlamlıq üçün faydalarından danışıb.

 

Qanda şəkərin səviyyəsini nizamlamağa kömək edir

 

Tədqiqatlar göstərir ki, alma sirkəsi insulinə həssaslığı yaxşılaşdırır və nişastalı yeməklərin istifadəsindən sonra qanda şəkərin artmasının qarşısını alır.

 

Diyetoloq bildirib ki, prediabetli insanlarda alma sirkəsinin effekti çox yüksəkdir.

 

"Əgər siz hazırda qanda şəkərin səviyyənin düşməsi üçün dərmanlar qəbul edirsinizsə, rasiona alma sirkəsi əlavə etməzdən əvvəl, öz həkiminizlə məsləhətləşin, çünki o, dərmanlarla qarşılıqlı təsir edə bilər" - deyə ekspert bildirib. 

 

Həzmi yaxşılaşdırır

 

Alma sirkəsi həzm sisteminin fasiləsiz işini təmin edən bağırsaqlar üçün bir çox faydalı bakteriyaları özündə saxlayır. Sirkə mədədə turşuluğu neytrallaşdıra bilər, bu isə turşu reflüksü və ya mədə qıcqırmasının qarşısını ala bilər.

 

Qidalandırıcı maddələrlə zəngindir

 

Alma sirkəsi bütovlükdə sağlamlıq üçün zəruri olan qidalandırıcı maddələrlə zəngindir:

 

Maqnezium - qan təzyiqini aşağı salır;

Dəmir - yorğunluq hissini azaldır;

Fosfor - sümükləri möhkəmləndirir;

Amin turşuları - zülal toplamağa kömək edir;

Antioksidantlar - hüceyrələrin zədələnməsinin qarşısını alır.

Bundan başqa, bir xörək qaşığı alma sirkəsində cəmi üç kalori var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev