Baypas müalicəsindən sonra nələrə diqqət edilməlidir? - Ürək-damar cərahiyyə uzmanı 
25.08.2021 11:45
Baypas ürəyi bəsləyən damarların tıxanması və daralması səbəbindən tez-tez istifadə olunan bir müalicə üsuludur. Bu müalicədən sonra sonra ayaq baxımında nələrə diqqət etməliyik, necə müddət diqqət etməliyik?
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, pasiyentlərin xüsusilə 2 aya qədər diqqətli olmaları məsləhət görülür. Ən önəmli məsələlərdən biri də anti-varikoz corabların istifadəsidir. Gün içərisində əgər çox ayaq üstə olmursunuzsa, corabı geyinməyə bilərsiniz. Lakin ayaqüstə olursunuzsa, həmin gün mütləq geyinməyiniz məsləhətdir. Bu corab ayaqda şişlik olmasının qarşısını alır:
 
"Hər gün duş qəbul etmək məsləhətdir. Duş sonrası ayaq yaralarının yaxşı qurulanması vacibdir. Baypas-dan sonra ayaqlarda şişlik normaldır. Qanın yuxarı qalxmasını təmin edən sistemlərdən biri çıxarıldığı üçün digər sistem özünü yeni vəziyyətə alışdırmağa çalışır".
 
Həkim qeyd edib ki, aşağıdakı vəziyyətlərdə həkimə müraciət etmək lazımdır:
 
Əgər sadəcə damar alınan ayağınızda şişlik varsa, bu, normaldır. Lakin hər iki ayaqda şişlik varsa, bu vəziyyət ürək və böyrək çatışmazlığına işarə edə bilər. Ayaq yaralarınızda qızarıqlıq, şişlik və axıntı varsa, həkimə müraciət edin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev