Tibbi kosmetologiya ixtisası üzrə kurs təşkil ediləcək
24.08.2021 18:02

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birlikdə Respublika Diaqnostika Mərkəzinin bazasında ilk dəfə olaraq “Tibbi kosmetologiya” ixtisası üzrə altıaylıq ödənişli əsaslarla hazırlıq kursları təşkil edəcək. Kurslar sentyabrın 15-dən martın 14-dək keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, institutun mətbuat xidmətindən verilən məlumata görə, kurslara bu sahədə ən azı beş il iş staji olan həkimlər qəbul edilir. Kursun məqsədi həmin ixtisas üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsi və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv depilyasiya, darsonvalizasiya, dərinin aparatla pilinqi, səthi pilinq və invaziv inyeksion toxuma dolğularının yeridilməsi, botulizm toksini məhsullarının inyeksiyası, mezoterapiya, biorevitalizasiya, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi prosedurunun yerinə yetirilməsi, destruksiyaların aparılması və dəridə yenitörəmələrin mexaniki götürülməsi bacarıqları tədris olunacaq.

 

Kursu uğurla bitirənlərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiq edən müvafiq sənəd təqdim ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır