"Sinovac" peyvəndinin delta variantına qarşı effektiv olmaması Azərbaycanda yoluxmaların sayını artıracaq - Nuran Abdullayev
24.08.2021 16:21

Elmi arenada görünən odur ki, "Sinovac" artıq rəqabətdə önəmli dərəcədə geri qalıb. Buna səbəb həm onun effektivlik faizinin zaman keçdikcə nəzərə çarpacaq dərəcədə aşağı düşməsi, həm də delta variantının meydana çıxmasıdır. Bütün bunları nəzərə alaraq artıq "Sinovac" yeni, xüsusilə delta variantına qarşı yüksək effektivlik göstərəcək peyvəndin hazırlıqlarını bitirmək üzrədir. Bu istiqamətdə müvafiq qurumlara artıq rəsmi icazə sənədləri də hazırlanıb. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev sosial şəbəkədə məlumat verib. 

 

Həkim qeyd edib ki, "Sinovac" rəsmilərinin delta variantı barədə dediklərini və eləcə də müxtəlif ölkələrin praktikasında rast gəlinənləri görməzlikdən gəlib insanları bu mərhələdə "Sinovac" peyvəndini vurdurmağa çağırmaq elmi əsaslı deyil.

 

"Önümüzdəki aylarda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda peyvənd olunan insanlar arasında yoluxmaların sayı maksimuma qalxacaq. Azərbaycanda vəziyyəti daha təhlükəli edən "Sinovac" peyvəndinin çoxluq təşkil etməsi olacaq. Digər ölkələrlə müqayisədə, Azərbaycanda xəstəliyin əvvəlki şəkildə ağır keçmə riski daha böyükdür. Bu istiqamətdə əhalinin maarifləndirilməsi mütləq aparılmalıdır və səhiyyədə ciddi addımlar atılmalıdır", - deyə N.Abdullayev vurğulayıb. 

 

Onun sözlərinə görə, Azərbaycanda 3-cü dozanın önəmliliyi məsələsi artıq digər ölkələrdən ciddi fərqlənir. Burada ortaya qoyulacaq strategiya daha əvvəllər yüksək effektli peyvənddən istifadə edən və 3-cü doza ilə virusa qarşı kifayət qədər immunitet yaradacaq ölkələrdəki kimi olmamalıdır. Bu strategiyanın da əsasında bugün "Sinovac"ın Azərbaycanda dəqiq nə qədər effektivlik göstərməsi durmalıdır. Amerikada və Böyük Britaniyada yayılan, hazırda AY.3 delta variantı adlandırılan virus bütün məsələləri ciddi şəkildə qəlizləşdirir. Yoluxduruculuq əmsalı yüksək olduğu görünür: "Ümumiyyətlə, son günlər tanış olduğum elmi tədqiqatlar və müzakirələr onu deməyə əsas verir ki, delta variantından da təhlükəli virus variantının olması mütləq və qaçılmazdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır