Psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutulublar - Foto
24.08.2021 13:46

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Axtarış zamanı həmin şəxsdən metamfetamin - “patı” aşkarlanıb.

 

N.Qədirov ilə bağlı davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum edilmiş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyənləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır