Həkim-pediatr "qripə qarşı" dərmanların istifadəsi ilə bağlı vacib məqamları AÇIQLADI
24.08.2021 12:45
Bilmək lazımdır ki, "antiqrip" "nolqrip", "noqrip" və s. adı altında olan preparatlar ticari məqsədlərə xidmət edir. Bir çox insanlar hətta uşaqlara həm bu kimi qripə qarşı dərman, həm də yanaşı olaraq hərarətsalıcı verir.
 
Aztibb.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadə hər kəsə məlum olan "qripə qarşı " dərmanların istifadəsinə dair maarifləndirici məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, bütün bu sıradan olan dərmanların tərkibinə əsas maddə olaraq parsetamol daxildir. Bu sıradan olan bir paketin üzərini oxusanız, "parasetamol" sözünü dərhal görərsiniz. Yəni parasetamol üzərinə daha bir parasetamol qəbul etmək qaraciyər üçün əlavə yükdür. Parasetamol hərarəti salır, həm də baş və bədən ağrılarını azaldır. Əgər hərarətiniz yoxdursa, deməli qrip deyilsiz və bu cur qripə qarşı vasitəyə ehtiyacınız yoxdur. Bu preparatlar tərkibində ikinci maddə bir antihistamindir. Məsələn, dimedrol kimi. Onun tərkibində maddə adı belə yazılır: difenhidramin hidroxlorid. Onu da əsas işi zökəm, qrip zamanı, quru öskurək, burun axma, göz yaşarmaya müəyyən dərəcə yüngülləşdirici təsir etməkdir.
 
Üçüncü təsiredici maddə isə damardaraldıcı maddədir, adı feniramin olaraq yazılır. Onun da işi yaşarma, sulanma, şişkilnik kimi proseslərə ləngidici təsir etməkdir:
 
"Butun bunların müqabilində insan yüngülləşir, özünü yaxşı hiss edir. Amma bu, müalicə deyil. Qrip virus səbəbi ilə yaranır. Onun mualicəsi virusu öldürməklə şərtlənə bilər. Buna isə dəyməz. Çünki az qala hər gün bir virus çıxır. Ən yaxşı müalicə elə immunitetin öz etdiyi mualicədir. Qripə qarşı vasitələrdən uşaqlar üçün istifadəni məsləhət görmürəm. Çunki istər uşaq, istər böyük adam xəstə vaxtı ona görə halsız olur ki, əlavə enerji sərf edilməsin. Olan enerji immunitet tərəfindən virusla mubarizəyə xərclənsin. Lakin xəstə insanı süni şəkildə tez zamanda ayağa qaldırmaq onun enerjisini parçalamaq deməkdir. Bunun da fonunda virus aktivləşib ağırlaşmaya səbəb ola bilər. Ona görə virus infeksiyası zamanı düzgün olan evdə qalmaq, bol maye içmək, özünü yormamaq, bədən, baş ağrısa da bunu izləmək və tez zamanda deyil, ağırlaşmadan sağalmağa çalışmaqdır".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev