Alimlər sonsuzluğun yeni SƏBƏBİNİ tapıblar  - TƏDQİQAT
24.08.2021 19:59

Yaşı 35-dən yüksək olan qadınların hamilə qalması daha gənc olanlara nisbətən çətindir.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, Monreal Universiteti Xəstəxanaların Tədqiqatı Mərkəzinin alimləri bunun səbəbini aşkar ediblər. Onlar güman edirlər ki, gələcəkdə hüceyrə yaranma səviyyəsindəki dövrə müdaxilə etməklə qadınlarda yumurta hüceyrələrini yaxşılaşdırmaq mümkün olacaq.

 

"Developmental Cell" jurnalında dərc edilmiş tədqiqatda alimlər - Qreq FitsHarris və Aleksandr Mixailoviç yaşlı siçanların meyoz mərhələsində (hüceyrələrin bölünməsinin ən kritik mərhələsində) bəzi xromosomların yavaşlamış hərəkətini aşkar ediblər.

 

Bu gerilik xromosomların anormal bölgüsünə gətirib çıxarır və, beləliklə, düzgün olmayan sayda hüceyrələrin yaranmasına səbəb olur. Bu anomaliya sonsuzluğun əsas səbəblərindən biridir və yaşlı qadınların hamilə qalmasının çətinliyini qismən izah edir.

 

"Ən yavaş xromosomları hərəkətə gətirmək üçün, meyozu kimyəvi uzatdıq. Yüksək ayırdetmə dəqiqliyinə malik vizuallaşdırma metodlarından istifadə edərək, aşkar etdik ki, bu ləngimə sonsuzluğu məhdudlaşdırır", - deyə Q. FitsXarris qeyd edib.

 

Bu kəşf hələ ki, laboratoriya hüdudlarından kənara çıxmasa da, süni mayalanma zamanı istifadə edilən toxum hüceyrələrinin keyfiyyətin artırılması üçün istifadə edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev