UNICEF: Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür
24.08.2021 09:28

Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Bu ölümdən qaçmaq da mümkün ola bilərdi.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For öz açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində didərgin düşüb.

 

“Bu gün Yəməndə 21 milyona yaxın insanın, o cümlədən 11,3 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı var. 2,3 milyon uşaq qida tapa bilmir və 5 yaşa qədər təxminən 400 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir – onlar qaçılmaz ölümlə üz-üzədirlər”, - H.For BMT Təhlükəsizlik Şurasının iclasında belə deyib. O qeyd edib ki, 10 milyondan çox uşaq və təxminən 5 milyon qadın sağlamlıq xidmətlərindən kifayət qədər istifadə edə bilmirlər.

 

“Yəməndə qarşısının alınması mümkün ola bilən səbəblərdən, qida çatışmazlığından və peyvəndlə qarşısı alına bilən xəstəliklərdən hər 10 dəqiqədə bir uşaq ölür”, - deyə UNICEF rəhbəri əlavə edib.

 

Öz növbəsində, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardımlar üzrə koordinatoru Martin Qriffits qeyd edib ki, Yəməndə qida müharibədən əvvəlkindən üç qat, yanacaq isə əvvəlkindən 4 dəfə bahalı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır