Narkoloq İlham Məmmədov maddə asılılığının insan bədəninə təsirini AÇIQLADI  
23.08.2021 17:01
"Maddə asılılığı insan bədənin bir və ya bir neçə funksiyasına eyni zamanda mənfi təsir edən maddələrin zərərinə baxmayaraq qəbulunu dayandıra bilməməsidir".
 
Aztibb.az xəbər verir ki, 35 illik iş təcrübəsi olan Respublika Narkoloji Mərkəzin baş direktor müavini narkoloq İlham Məmmədov belə deyib.
 
Onun sözlərinə görə, narkotik aludəçisi hər vəziyyətdə narkotik maddəni almaq üçün nəzarətsiz bir istək hiss edir. Zamanla maddə istifadəsini və dozasını artırır. Vaxtının çox hissəsini qəbul etdiyi narkotik maddənin axtarışına sərf edir.
 
Maddə asılılığının insan bədəninə təsiri:
 
Zaman keçdikcə dərmanlar beynin neyronlarında yeni bir nizam yaradır və insanların həyatdan daha az zövq almasına səbəb olur. Bu vəziyyət beynin qərar qəbul etmə, öyrənmə, yaddaş, yuxu, duyğu və davranış üzərində nəzarəti ilə əlaqəli bölgələrinə mənfi təsir göstərir. Asılılıq verən maddələr insanın koordinasiyasına mənfi təsir göstərir, qeyri-müəyyənliyə səbəb olur, idmana və sürücülük qabiliyyətinə xələl gətirir. Ölüm riski ilə üzləşən bu insanların özlərini harada və necə tapacaqları bəlli deyil. Asılılıq yaradan maddələrin istifadəsi zamanla narahatlıq, qorxu, düşmənçilik və paranoyaya səbəb olur. Asılılıq yaradan maddələrdən istifadə etdikdən sonra, adam dediyi sözləri və ya etdiyi davranışı xatırlamaqda çətinlik çəkir.
 
"Maddə asılılığından qaçmağın ən yaxşı yolu ona heç vaxt başlamamaqdır", - deyə o, əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev