Azərbaycanda ilk dəfə sakitləşdirici təsirə malik Passiflora İncarnata L bitkisinin meyvələri əldə edilib
23.08.2021 12:29

Azərbaycanda ilk dəfə AMEA-nın Dendrologiya İnstitutunda tədqiqatı aparılan Passiflora İncarnata L bitkisinin meyvələri əldə edilib.

 

Qeyd olunub ki, Passiflora İncarnata L zəngin tərkibə malikdir. Bitkinin tərkibində alkaloidlər, flavanoidlər, polisaxaridlər, kumarinlər, az miqdarda efir yağları, mineral duzlar, C vitamini və s. var. Tərkibində olan passiflorin və harman alkaloidi sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz monoaminlər - noradrenalin, serotonin, dofamin nəticəsində P.İncarnata antidepressant effekti yaradır.

 

Qeyd edilən klinik effektlər bitkinin tərkibində olan bioloji aktiv maddələrin qamma amino yağ turşularının təsiri nəticəsində baş verir, nəticədə beyin hüceyrələri reseptorlarının qıcıqlanması zəifləyir, yuxugətirici effekt yaranır. Sakitləşdirici və anksiolitik təsirə malik P.İncarnata ekstraktı istifadə üçün ideal vasitədir.

 

Xatırladaq ki, Dendrologiya İnstitutunda antibakterial xüsusiyyətlərə və sedativ təsirə malik 100-dən çox bitki növü yetişdirilir. Tədqiqat sahələrində bu bitkilərin təbii yolla çoxaldılması ölkəmizdə biomüxtəlifliyin artırılmasına səbəb olmaqla yanaşı, dərman bitkilərinə olan tələbatın qarşılanmasına da imkan verir. Belə bitkilərdən biri də sediativ təsirə malik olan Passiflora İncarnata L növüdür. Növün introduksiyasına 2018-ci ildən Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində başlanılıb və tədqiqat işi uğurla həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır