Topuq zədələri zamanı müalicəni tezləşdirmək üçün nə etmək lazımdır? - Həkim məsləhəti
23.08.2021 11:56
Diz və topuq zədələri idman zədələrinin dörddə birindən çoxunu təşkil edir. Topuğun zədələnməsi və ya ayaq burxulması insanları bir neçə həftə aktiv həyat tərzindən saxlaya bilər. Bu ağrılar sizə əziyyət versə də, başqa zədələr kimi tez sağalmır, bəzən həftələrlə uzanır və əsəb, gərginlik yaradır. Sərt, gərgin əzələ ağrıları zamanı insan çətinliklə yeriyir, qaçmağı, hətta yüngül idman hərəkətlərini belə edə bilmir.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədov “Topuq zədələri zamanı müalicəni tezləşdirmək üçün nə etmək lazımdır?” sualını cavablandırıb.
Həkimin sözlərinə görə, mütəmadi olaraq qaçış və ya idmanla məşğul olan insanların bu ağrılı xəsarətlərin qarşısını hər hansı bir şəkildə almağa çalışmaları təəccüblü deyil. Topuqda zədələrin qarşısını tamamilə ala biləcək bir vasitənin, avadanlığın olmadığına baxmayaraq, onu tezliklə aradan qaldırmağın bəzi yolları vardır. Düzgün ayaqqabı seçimi, bandaj və bəzi idman məşğələləri bu işdə köməyinizə çata bilər:
"Hündür idman ayaqqabıları topuğa kömək edir, onu daha stabil saxlayır, amma burxulmalardan nə dərəcədə qoruması məsələsi mütəxəssislər arasında hələ də mübahisə mövzusudur. Bəzi idman növlərində, məsələn, basketbolda hündür idman ayaqqabılarının geyinilməsi fayda verir. Hündür idman ayaqqabıları həmçinin, topuq zədəsi almış insanların sağalmasının bərpa dövründə də kömək edir.
Baldırla pəncəni birləşdirən oynağın dartılması üçün bandajlardan istifadə olunur. Hündür idman ayaqqabıları kimi, ideal bandajlar da mövcud deyildir. Lakin intensiv fiziki hərəkətlər zamanı bandaj sizin köməyinizə çata bilər. Bütün hallarda – düzgün ayaqqabı seçəndə də, bandaj alanda da mütləq həkiminizlə məsləhətləşin".
O, qeyd edib ki, hündür kedlər topuq ağrılarına kömək edir, amma baldırla pəncəni birləşdirən oynaqların dartınmasının qarşısını almaqda ən yaxşı üsul sizin topuq əzələlərinizin güclü qalmasıdır. Ayaqların burxulmaması üçün dabanın səthindəki əzələlər nə qədər güclü olarsa, burxulma bir o qədər az baş verər.
Əgər ayağınız artıq burxulubsa və bu sizə zəiyyət verirsə, ağrının imkan verdiyi qədər bərpa hərəkətlərini davam etdirin. Zədə almış topuğun müalicəsi gələcəkdə təkrar zədələrin alınmasından sizi qoruya bilər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

