Sirkəli noxudun FAYDALARI
23.08.2021 15:06
Sirkəli noxud insan orqanizmi üçün çox faydalıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat paylaşıb:
 
Bir ovuc noxud alma sirkəsinin içinə atılır və bir gündən sonra çıxarılaraq təmiz suda yuyulur, gün ərzində yeyilir. Noxud mütləq çiy olmalıdır. Yaxud belə etmək mümkündür: noxud suda qaynadılaraq bişirilir, sonra tam qurudulur və sirkənin içinə qoyulur, 2 gündən sonra çıxarılaraq yuyulur və gün ərzində yeməkdən 1 saat əvvəl yeyilir. Xatırladım ki, çiy noxud bişmişdən daha faydalıdır.
 
 
Sirkəli noxud nəyə faydalıdır?
 
– Sirkəli noxudun tərkibi çox zəngindir, bol vitamin və mineral mənbəyidir. Buna görə vitamin çatışmazlığında, sümük əriməsində, klimaks dövründə, anemiyalarda çox faydalıdır.
– Dərinin parlaqlığını bərpa edir, dırnaq kövrəkliyini aradan qaldırır.
– Qanda xolesterin səviyyəsini aşağı salır.
– Ürəyin işemik xəstəliyində faydalıdır.
– Damarları təmizləyir, qan təzyiqini normallaşdırır.
– Görməni yaxşılaşdırır.
– Təbii liflərin hesabına qəbizliyi aradan qaldırır.
– Bel, boyun, oynaq ağrılarını aradan qaldırır.
– Saç tökülməsində faydalıdır. Bu zaman sirkəli noxud həm yeyilir, həm də əzilib gündə 1 dəfə saç diblərinə qoyulur.
– Babasil xəstəliyi zamanı faydalıdır.
– Böyrək iltihabını aradan götürür, böyrək daşlarının tökülməsinə səbəb olur.
– Bədəndəki qurdların xaric olmasını təmin edir.
– Qanda şəkərin miqdarını aşağı salır.
– Üzdə və bədəndə olan səpkiləri aradan qaldırır.
 
"Sadalanan xəstəliklərin qarşısını almaq üçün sirkəli noxudu 2-3 həftə yemək məsləhətdir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev