Qadınlarda çox tərləmənin qarşısını almaq üçün TƏBİİ üsullar
21.08.2021 16:11
Çox tərləmənin müxtəlif səbəbləri vardır. Amma ən çox tərləmə qadınlarda, klimakterik dövrdə baş verir və qadınlar bu kimi həddindən artıq tərləmədən həm əziyyət çəkir, həm də bədəndəki mineralları itirirlər.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 
 
Onun sözlərinə görə, əgər çox tərləmələr başlamışdırsa, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı adaçayı bitkisini 1 stəkan suda dəmləyib içmək olar. Adaçayı nəinki çox tərləmənin qarşısını alacaq, həm də bu dövrün rahat keçməsinə vəsilə olacaq. Adaçayının həm də əsəb sakitləşdirici bir təsiri də olduğu üçün bu dövrdə baş verə biləcək əsəb sarsıntısının qarşısını almak mümkün olacaq.
 
Əgər adaçayını klimakterik dövrdən əvvəl içməyə başlasanız, onda daha faydalı olacaq, çünki adaçayı pozulmuş qadın hormonlarını balanslaşdırır, klimakterik dövrün tez baş verməsinin qarşısını alır qadın hormonlarının istehsalını artırır.
 
Eyni zamanda adaçayı hamilə qalmaq istəyənlər üçün faydalı bir çaydır. Xatırladım ki, xanımlar uzun müddət üçün adaçayını içə bilsələr də, kişilər bu çaydan yalnız 10-15 gün istifadə edə bilərlər. Kişilərin uzun müddət adaçyından istifadə etmələri onlarda qadın hormonlarının istehsalını artıra bilər.
 
Xatırladım ki, adaçayı 1 ay içildikdən sonra ən azı 15 gün ara verilərək təkrar içilə bilər. Klimaks dövründəki çox tərləmələr həm də kalsium itkisi ilə nəticələnir.
 
Aşağıdakı reseptdən istifadə etməklə həm tərləmənin qarşısı alınacaq, həm də itmiş minerallar qismən bərpa olacaq:
 
3 kq quru ənciri 1 litr rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl yemək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev