Naftalan Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub - FOTO
20.08.2021 17:04

Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə KİV əməkdaşlarının əyani tanışlığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naftalan Reabilitasiya Mərkəzinə növbəti mediatur təşkil edilib.

 

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir və artıq 1400-dək şəxs bu xidmətlərlə əhatə olunub.

 

Qeyd olunan dövrdə 115 hərbçi 119 yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilib. Həmçinin, bu ilin ötən dövründə 1162 nəfər Birinci və İkinci Qarabağ müharibəsi əlilinə 8639 reabilitasiya vasitəsi verilib.

 

Naftalan Reabilitasiya Mərkəzində də Vətən müharibəsi qazilərinə sınanmış müalicə prosedurları əsasında reabilitasiya xidmətləri göstərilir. Postmüharibə dövründə bu mərkəzdə 100-dək qazi sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təmin edilib. Müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edilmiş mərkəzdə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında reabilitasiya xidmətləri göstərilir. Eləcə də, Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq edilir.

 

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

 

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır